Kukla teatrında
Məktəbin fəaliyyət planına uyğun olaraq şagirdlərin tətil günlərində asudə vaxtının səmərəli və maraqlı keçirilməsi məqsədilə məktəblilərin şəhərimizin tarixi məkanlarına ekskursiyaları, mədəni istirahəti təşkil edilir.
Məktəbin ibtidai sinif müəllimi Fəridə Balayeva 1 c sinif şagirdləri ilə birlikdə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında "Pişiyin evi" tamaşasını maraqla izlədilər. Daha sonra İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna aid,memar Məsud Davud İbn Hüseyn ibn Qara (Məsud Məsudovich Davudoğlu) tərəfindən, XII əsrdə inşa olunan Qız qalasını ziyarət etdilər.