Milli Dirçəliş Günü - dirçəlişimiz, azadlığımız, müstəqilliyimiz
17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr - 5 dekabr, 1988-ci il) başladı. Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.
Xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynamışdır.
Mənəvi əsaslarını və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter almış, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoymuşdur.
Məktəb kitabxanasında Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirldi. Tədbirdə şagirdlərimizin ifasında şeir, rəqs və mahnılar səsləndirildi, Milli Dirçəliş Günü haqqında ətraflı məlumat verildi və videoçarxlar nümayiş etdirildi. Məktəbin direktoru Nizaməddin müəllim tədbir haqqında olan təəssüratlarında öz məmnunluğunu ifadə etdi, tədbirin təşkilatçısı kitabxana müdiri Sevinc Kərimovaya şagirdlərdə oxu və mütaliə vərdişlərinin inkişaf etdirilməsi məqsədilə kitabxanaya marağın artırılması istiqamətindəki fəaliyyətinə görə təşəkkür etdi, şagirdlərə gözəl ifalarına görə minnətdarlığını bildirdi.