Azərbaycan bayrağı-100 illik şərəfli yol
Buraxınız, seyr edəyim,
düşünəyim, oxşayayım,
Şu sevimli üç boyalı,
üç mənalı bayrağı.
Mələklərin qanadımı
üzərimə kölgə salan?
Nə imiş bu, aman Allah?!
Od yurdunun yarpağı!
Göy yarpaqlı, al çiçəkli
yaşıl otlar topasımı?
Xayır, xayır? Çiçək solur,
otlar yerdə tapdanır.
Fəqət bizim bayrağımız
ucaları pək seviyor,
Yılduzlardan hilaldan da
yüksəklərdə fırlanıyor.
Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyevin «Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında» 30 yanvar 1998-ci il tarixli sərəncamında deyildiyi kimi «Azərbaycan Cümhuriyyətinə ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz qoymuşdur. Milliyyətindən, siyasi, dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçilik atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahəsində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən istiqamətlərdir.»
Məhz yenilməz olan bu üçrəngli bayrağımız həmin dövlətin bariz nümunəsidir.
Müstəqil Azərbaycanımızın atributlarından olan üçrəngli bayrağımıza sevgi və məhəbbət rəmzi olaraq ölkə başçısı Ilham Əliyev cənablarının 17 noyabr 2009-cu il sərəncamına əsasən hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd edilir.
"9 noyabr-Bayraq günü" ilə əlaqədar rəsmi parad keçirildi. Paradı məktəbin direktoru N.F.Ağcayev qəbul etdi. Şagirdlərimiz Bayraq rəngini əks etdirən şarlar, transporantlar, şüarlarla xüsusi geyimlərdə, marş sədaları altında möhtəşəm görüntü yaratdılar. Səmaya bayraq rənglərinə boyanmış göyərçinlər buraxıldı. Kiçik yaşlı şagirdlərimizin ifasında şeir və kompozisiyalar tədbiri daha maraqlı etdi. Xüsusilə fərqlənən siniflər Fəxri Fərmanla təltif edildi.