Gənclər günü münasibətilə tədbir keçirildi
Bu gün 118 №-li tam orta məktəbdə Gənclər günü münasibətilə tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlandı.Tədbir rəsmi və bədii hissələrdən təşkil olunmuşdur.Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər günü haqqında danışan aparıcılar,bu günün gənclərin həyatında oynadığı mühüm rol haqqında geniş məlumat verdilər.Onlar qeyd etdilər ki,bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.Çıxış edənlər gənclərə göstərilən yüksək qayğı və diqqətə görə prezident İlham Əliyevə öz təşəkkürlərini bildirdilər.Tədbirin bədii hissəsi şagirdlərin bir-birindən maraqlı çıxışları ilə yadda qaldı.Tədbirin sonunda məktəbin direktoru Nizaməddin Ağcayev gəncləri təbrik etdi,onları müstəqil Azərbaycanın layiqli övladları olmaları üçün yaxşı oxumağa səslədi.O,eyni zamanda,tədbirin təşkilatçılarına da öz təşəkkürünü bildirdi.