STEM şagirdlərimizi seçdi
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə "Təhsildə İnkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi "STEM Azərbaycanda 2018" lahiyəsi çərçivəsində Beynəlxalq World Space Week (october 4-10) tədbirində aktiv fəaliyyətinə görə E.Cəfərov adına 118 №-li tam orta məktəbin 2-ci sinif müəllimi Novruzova Şəlalə şagirdləri Səfərov Orxan və Ağayev Mirəli lahiyə rəhbəri tərəfindən fəaliyyətləri yüksək qiymətləndirilmiş Beynəlxalq səviyyəli sertifikata layiq görülmüşlər."STEM Azərbaycanda-2018"lahiyəsi mərhələlərlə müəllimlərin inkişaf fəaliyyətinə köməklik edib ,onlara bu işdə yüksək nəticə əldə etmələri üçün yol göstərir.Lahiyə davamlı olaraq izlənilir.Sertifikat məktəb rəhbərliyinin iştirakı ilə şagirdlərə təqdim olundu. Məktəbin direktoru Nizaməddin Ağcayev, direktor müavini Muqumov Elşən sinif müəllimi Şəlalə Novruzovaya şagirdlərinə beynəlxalq səviyyəli tədbirdə iştirakına yaratdığı şəraitə görə lahiyə rəhbərinə və sinif müəlliminə uğurlar arzuladı.