Əziz müəllimim, dediklərin doğru imiş...
Müəllim Günü hər il 100-dən çox ölkədə qeyd olunur. Bayramın təsis edilməsi üçün tarixi zəmin rolunu isə 1966-cı il oktyabrın 5-də Parisdə müəllimlərin statusu barədə xüsusi hökumətlərarası Konfransın (Special Intergovernmental Conference on the Status of Teachers) keçirilməsi oynayıb. 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. Azərbaycanda bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib. Azərbaycanda "Müəllim günü"nün kütləvi şəkildə qeyd olunmasının xüsusi bir tarixçəsi var. "Müəllim günü"nün 1965-ci ildə SSRİ Ali Sovetinin 29 sentyabr tarixli qərarından sonra keçirilməsinə baxmayaraq, təhsil sistemində çalışan insanların zehni əməkləri, onların xidmətləri indiki dövrdə də qiymətləndirilir. Məhz Azərbaycan müstəqillik əldə etdikdən sonra da bu peşə bayramı hər il 5 oktyabrda ölkə ictimaiyyəti tərəfindən qeyd olunur.
Bu gün məktəbimizdə də bu bayram yüksək əhval-ruhiyyə ilə qeyd olundu. Şagirdlərimizin rəngarəng çıxışları və təbrikləri hər kəsin zövqünü oxşadı. Məktəbin direktoru Nizaməddin Ağcayev öz çıxışında bütün kollektivi təbrik etdi və gələcək fəaliyyətində onlara uğurlar arzuladı.Tədbirin təşkilatçıları Ülkər müəllimə, Fəridə müəllimə, Nigar müəllimə öz təşəkkürünü bildirdi. Bir qrup müəllim "Fəxri Fərman"larla və "Diplom"larla təltif olundu.