Məktəbə gedəcəyəm...
Məktəbə gedəcəyəm
Mən də bu ildən.
Gedəcəyəm yanaşı
Dostlarımla mən.
Şəkilli kitablarım,
Karandaşım var.
Çantamı bağçamızda
Bağışlayıblar.
Bu gün beşyaşlılardan ibarət hazırlıq qruplarında ilk dərs günü keçirildi. Balacalar qorxaq və kövrək addımlarla siniflərə daxil oldular. Nüşabə müəllim, Xəyalə müəllim və Sərmayə müəllim öz kiçik şagirdlərinə qayğı və sevgi dolu münasibət göstərdilər. Bir azdan artıq uşaqların simalarında həyəcan hissləri çəkilmişdi. Balaca dostlarımıza gələcək məktəb həyatında uğurlar diləyirik.