Salam, doğma məktəb

       Yeni tədris ilinin ilk dərs gününü böük həyəcanla gözləyən şagirdlər nəhayət ki, doğma sinif otaqlarında dərsə başladılar. İlk dərs məşğələsi ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri – müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti – dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olundu. 2018-2019-cu tədris ilində məktəbimizin şagird kontingenti nəzərəçarpacaq dərəcədə artmış və siniflərdə şagird sıxlığı müşahidə olunur. Bununla əlaqədar məktəb ikinövbəli tədrisə keçmişdir. I, II,III, IV qrup təmayüllü 10-cu siniflər açılmışdır. Pedaqoji kollektivə yeni, savadlı kadrlar daxil olmuşdur. Azərbaycan Respublikasının təhsil nazirinin 14 avqsut 2018-ci il tarixli əmri ilə 2018-2019-cu dərs ilinin “Təhsildə keyfiyyət ili” nin davamını əsas götürərək daha yeni nailiyyətlər əldə etmək üçün məktəb kollektivi bütün potensialı ilə fəaliyyətə başlamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi