İslam - peşəkarların izahında
Suraxanı rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı, ilahiyyatçı Nuru İmanov, Suraxanı rayonu İcra Hakimiyyətinin Hövsan qəsəbəsi üzrə nümayəndəsi Ağasəlim Abdullayevin Hövsan kənd sakinləri, dini icma nümayəndələri, valideyn icması, məktəb kollektivi və gənclərlə görüşü keçirildi. Görüşü giriş sözü ilə açan Rəşid Məmmədov qonaqları təqdim etdi və görüşün məqsədinin gənclərimizin dini -mənəvi tərbiyəsinin düzgün fomalaşdırılması olduğunu izah etdi. Bunun üçün peşəkar və savadlı mütəxəssislərin maarifləndirmə təlimlərinə cəlb olunmasının vacibliyini qeyd etdi. İlahiyyatçı Nuru İmanov öz çıxışında İslam tarixində xüsusi yer tutmuş, müsəlmanların müqəddəs hesab etdikləri hadisələrin mahiyyəti haqqında məlumat verdi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə apardığı tədbirlər haqqında danışdı