İcra nümayəndəsi məktəbimizdə
Bu gün, Suraxanı rayon İcra Hakimiyyətinin başçısının müavini Afət Həsənova, məsləhətçi Lamiyə Namazova məktəbin pedaqoji kollektivi, valideyn icması və Hövsan kənd dini icmasının nümayəndələri ilə görüş keçirmişdir. Məktəbin direktoru Nizaməddin Ağcayev icra nümayəndələrinə, təhsilə göstərdikləri qayğı və diqqətə görə təşəkkür etdi. Afət xanım öz çıxışında bildirdi ki, müntəzəm olaraq rayon ərazisində yerləşən ümumtəhsil, məktəbəqədər, səhiyyə müəssisələrinin vəziyyəti İcra Hakimiyyətinin diqqət mərkəzində olmuş, çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Təhsildə təlim-tərbiyənin vacibliyini xüsusilə vurğulayan Afət xanım sağlam gələcəyimizin sığortalanması üçün bu gün təhsil işçilərinin üzərinə böyük məsuliyyət düşdüyünü, dünyada dini zəmində baş verən iğtişaşların geniş vüsət aldığı, xüsusilə, gənclərin müxtəlif dini qurumlara, sektalara cəlb olunması cəhdlərinin çoxaldığı bir dövrdə təlim-tərbiyə müəssisələrində maarifləndirmə işinn düzgün aparılmasının prioritet məsələlərdən biri olduğunu qeyd etdi. Daha sonra mövzu ətrafında müzakirələr aparıldı.