Milli təhlükəsizliyə əsas təhdidlərdən biri -DİNİ EKSTREMİZM
Bakı şəhərinin Suraxanı, Xəzər, Sabunçu və Pirallahı rayon İcra Hakimiyyətləri, Daxili İşlər və Ədliyyə Nazirlikləri, Respublika Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti və Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin Yerli strukturlarının iştirakı ilə Suraxanı rayonunda "Milli təhlükəsizliyə əsas təhdidlərdən biri -DİNİ EKSTREMİZM" mövzusunda seminar-müşavirə keçirildi. Seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Səyavuş Heydərov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Pənah Cahangirov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Baş Prokurorluğunun İdarə rəisinin müavini Rauf Məmmədov, Daxili İşlər Nazirliyinin şöbə rəisi Oktay Tağıyev, eyni zamanda bu qurumların adı çəkilən rayonlardakı yerli strukturlarının rəhbərləri, ziyalılar, dindarlar və gənclər iştirak etmişlər. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov giriş sözü ilə seminar-müşavirənin açdı və qonaqları müşavirə iştirakçılarına təqdim etdi. Daha sonra yuxarıda adları qeyd olunan qurum rəsmiləri mövzu barəsində öz fikirlərini geniş aspektdə seminar iştirakçılarının diqqətinə çatdırdılar. Sonda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunmuş "Şəhadət" sənədli filmi nümayiş olundu.Filmdə Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edilir.