Ombudsman Elmira Süleymanova ilə görüş
"İnsan hüquqları aylığı" çərçivəsində məktəbin tarix müəllimi Həsənova Şəfiqə, biologiya müəllimi Qarayeva Mətanət və bir qrup 9-cu sinif şagirdləriniin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili - Ombudsman Elmira Süleymanova ilə Ombudsman Apparatında görüşü keçirildi. Elmira xanım şagird və müəllimlərə gəldikləri üçün təşəkkür etmiş, Azərbaycanda Ombudsmanın fəaliyyəti haqqında geniş məlumat verdi. Bundan başqa o, Cümhuriyyətimizin tarixi ilə, özünün Ulu Öndər Heydər Əliyevlə bağlı maraqlı xatırələrindən bəhs etdi. Ombudsman Apparatının yaranma tarixçəsini hər kəs böyük maraqla dinlədi. Elmira Süleymanovanın olduqca səmimi və mehriban söhbətindən hər kəs zövq aldı. Ölkənin I vəkili özünün kimya sahəsindəki işlərindən də böyük sevgilə danışdı. Şagirdlərin hər biri ilə şəxsən görüşərək təşəkkür etdi. Daha sonra özünün şəxsi çertyoju ilə hazırlanan plakatları təqdim etdi. Azərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə cap olunmuş "Vətəndaş cəmiyyəti" jurnalını məktəbə hədiyyə etdi və jurnalda 2 şəhid anası Zeynəb Bayramovanın şeirlərindən ibarət bölmənin oxunmasını xüsusilə tövsiyə etdi. Məktəb kollektivi Elmira xanıma sonsuz təşəkkürlərini bildirdi və görüşdən müsbət təəssüratlarla ayrıldı.