1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü - Atəşgahda
1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü dünyanın əksər ölkələrində olduğu kimi, hər il Azərbaycanda da qeyd edilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qu-rumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə22 dekabr 2008-cil tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunmuşdur.
31.05.2018-ci il tarixdə Suraxanı rayon Atəşgah Dövlət Tarix-Memarlıq qoruğunun ərazisində 1 iyun Beynəlxalq Uşaq Günü münasibətilə bayram tədbiri keçirildi. Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və digər qonaqlar iştirak edirdi. İcra başçısı şagirdlərin əl işlərindən ibarət sərgiyə baxmış və şagird özfəaliyyət kollektivlərinin çıxışlarını dinləmişdir. Bayram tədbirində məktəbimizin ibtidai sinif müəllimləri Fəridə Babayeva və Fidan Səmədova öz sinifləri ilə təmsil etmişlər.