Hərflərin bayramı
Sevinc doğur qəlbimə,
Əlifbanı bilirəm.
Mənim əziz müəlliməm
Səni ana bilirəm.
Bu gün hamı burdadır,
Əlifba bayramıdır,
Ana dilim bal dadır,
Bayramınız mübarək!
Öyrənəcəm hər sirri,
Füzuli tək şairi,
O bölünmüş Arazı,
Bir də Məmməd Arazı.
Hesabı öyrənəcəm,
Həmişə “5” alacam,
Mən də müəllim olacam,
Ay əziz müəlliməm.
Məktəbin ibtidai sinif müəllimi Nərgiz Əliyevanın 1d sinfindəki körpə fidanları qanadları bərkimiş quşlara bənzəyirdilər. Çox sevincli idilər. Axı bu gün onların bayramları idi. Bu gün 1d sinfi "Hərflərin bayramı"na yığışmışdı. Hərflər də balaca şagirdlərlə əl-ələ, səs-səsə verərək məktəbdə əks-səda yaratmışdılar. Uşaqların ifasındakı rəngarəng və maraqlı ifaları valideynlərin və müəllimləri heyran etdi. Nağılın sonunda bütün tədbir iştirakçıları bayraqlarla "Azərbaycan" mahnisini səsləndirdilər.
Məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək böyük məmnunluğunu ifadə etdi və Nərgiz müəllimə təşəkkür etdi. Məktəbin bu ilki qəbul imtahanlarında yüksək göstəricisini xüsusilə vurğulayaraq, 1-cilərdən gələcəkdə daha artıq nəticə gözlədiyini söylədi və körpə balaları təbrik etdi.