Hüquqlarımızı öyrənək

        Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə “İnsan hüquqları günü” kimi qeyd olunur.
Hər il olduğu kimi, bu il də insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığı” keçiriləcək. Bununla əlaqədar müvəkkil dövlət orqanlarına, şəhər və rayon icra hakimiyyətlərinə, Milli QHT Forumuna məktubla müraciət edib.
        Aylıq çərçivəsində dövlət qurumları, QHT-lər və KİV-lər, icmalar və beynəlxalq təşkilatlar tərəfindən insan hüquqları sahəsində səmərəli əməkdaşlığın davamı olaraq, ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icraatda olan müddəaları əsasında respublikanın bütün şəhər və rayonlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil olunur.
        Məktəb rəhbərliyinin müvafiq əmri ilə "İnsan hüquqları" aylığı çərçivəsində Tədbirlər Planı hazırlanaraq təsdiq olunmuşdur. Tədbirlər Planında müxtəlif səpkidə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 
        Bununla əlaqədar, bu gün məktəbin ibtidai sinif müəllimi Fidan Səmədovanın "İşçi arılar"ının toplandığı 4-cü sinifdə "Hüquqlarımızı öyrənək" mövzusunda tədbir keçirildi. Şagirdlər Uşaq Hüquqları Konvensiyasını təşkil edən maddələri haqqında,ölkəmizdə uşaqların hüquq və azadlıqlarının qorunması ilə bağlı görülən işlərbarədə geniş məlumat aldılar. Məktəbin direktoru Nizaməddin Ağcayev şagirdlərə hüquqları ilə yanaşı vəzifələrinin öyrənməyin vacibliyini izah etdi, çıxışlarından məmnun qaldığını bildirirərək, təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi