AXC-nin 100 illiyinə həsr olunmuş futbol turniri

        Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli, 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il Sərəncamlarını rəhbər tutaraq, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08. 02. 2018 - ci il tarixli F–109 nömrəli, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin 16 fevral 2018-ci il tarixli, F-84 nömrəli əmrlərinin icrasını təmin etmək məqsədilə, məktəbin 16.03.2018 tarixli,18 nömrəli əmri ilə hazırlanmış " Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər planı"na əsasən silsilə tədbirlər davam etdirilir. Bu tədbirlər arasında idman yarışları xüsusi yer tutur. Belə ki, daha əvvəldən qeyd etdiyimiz kimi 7 - 10-su siniflər arasında keçirilən futbol turnirinin 1/2 final mərhələsinə çıxan 4 komanda - 9a, 9ç, 9b, 10b siniflərinin komandaları arasından 10b və 9a siniflərinin futbol komandaları rəqiblərini məğlub edərək finala vəsiqə qazandılar. Bu gün keçirilən və böyük həyəcanla izlənilən final mərhələsi 10 b sinfinin qalibiyyəti ilə başa çatdı. Məktəbin fiziki tərbiyə müəllimləri Xanlar Yagibekov və Xatirə Məmmədova şagirdləri təbrik etdilər. Məktəbin direktoru Nizaməddin Ağcayev  futbol turnirinin qalibləri fəxri diplomlarla təltif etdi. Təlim-tərbiyə işləri üzrə direktor müavini Elşən Muqumov, məktəbin fiziki tərbiyə müəllimi Xanlar Yagibekov uşaqları təbrik etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi