Buraxılış imtahanları həyəcanı

            2017-2018-ci tədris ilinin "Keyfiyyət ili" elan olunması ilə əlaqədar olaraq bütün ümumtəhsil müəssisələrində ilin sonuna yaxın nəticələr müzakirə olunur. Əsasən buraxılış siniflərinin (9-cu siniflərin) təlim nəticələri daha geniş müzakirə mövzusuna çevrilmişdir. 
        Bununla əlaqədar bu gün 9-cu siniflərin buraxılış imtahanlarının nəticələri müzakirə olundu. Müzakirədə şagirdlər, sinif rəhbərləri, müvafiq fənn müəllimləri iştirak edirdi. Məktəbin direktoru Nizamədiin Ağcayev nəticələr haqqında geniş məlumat verdi. Şagirdlərə imtahan nəticələri əyani şəkildə nümayiş etdirildi. Nizaməddin müəllim bəzi məqamlardan narazı qaldığını bildirdi. Daha sonra müəllimlərlə fərdi söhbət edərək, iyunda keçiriləcək buraxılış imtahanların 2-ci mərhələsinə hazırlıq məqsədilə daha ciddi və gücləndirilmiş rejimdə fəaliyyət göstərəcəyimizi xüsusilə vurğuladı.

        Daha sonra buraxılış imtahanlarının nəticələri ilə əlaqədar 9-cu siniflərin valideynləri, sinif rəhbərləri, fənn müəllimləri ilə görüş keçirmişdir. Görüşdə məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək cari vəziyyət haqqında geniş məlumat vermişdir. Buraxılış imtahanlarının 2-ci mərhələsinə hazırlıqla əlaqədar valideynlərin məktəblə birgə işinin təşkilinin gücləndirilməsi məsələsini ön plana çəkərək öz tapşırıq və tövsiyələrini vermişdir. Sinif rəhbərlərindən Gülnarə Əfəndiyeva, Sənubər Abbasova, Azər Nəbiyev münasibət bildirərək təklif və iradlarını bildirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi