Şagirdlərimizin uğurlarına sevinirik
Dövlət İmtahan Mərkəzi 13.05.2018-ci il tarixdə 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirmişdir. İmtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılıb.
İmtahanda iştirak edən məktəbimizin şagirdlərinin 70%-i keçid balını keçid balını keçərək müsbət nəticələr əldə etmişlər. Nəticələ görə şagirdlərdən
Almasova Rəhimə - 638 bal
Abıyeva Ruhəngiz - 615 bal
Cəfərov Nəriman - 587 bal
Rəhmanova Nəzakət- 553 bal
Almasova Dürsədəf -491 bal
Əliyeva Nərmin - 455 bal
Əhmədzadə Nicat - 463 bal
Minəxanova Səbinə - 458 bal
Rəhimova Nəzrin - 427 bal
Rzayeva Səbinə - 388 bal
Qasımzadə Mirməhəmməd - 384bal
Qurbanova Könül - 348bal
Poladova Aysel - 346bal
Dərbəndəliyev Etibar - 335bal
Məmmədova Aytac - 310 bal
Rzazadə Raziyəxanım - 301bal
Aslanov Fəhmin - 300 bal
Şirinova Xəyalə - 267bal
Aslanov Elvin - 255 bal toplamışlar.
Məktəbin direktoru Nizaməddin Ağcayev şagirdlərlə söhbət apararaq onlardan razı qaldığını bildirmiş, lakin 2-ci mərhələdə daha yüksək nəticələr gözlədiyini ifadə etmişdir.
Mayın 20-də I və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanında iştirak edən şagirdlərimizin qənaətbəxş nəticələrini səbirsizliklə gözləyir və onlara uğurlar arzulayırıq.