Bu gün ellər bayramıdır

Bu gün ellər bayramıdır,əziz, mübarək,
Vətən mülkü başdan-başa al-əlvan geyir.
Göydə ulduz parıldayır, yerdə gül-çiçək,
Hər dost eli bizim yurda, "qonaq gəl", deyir,
Vətən mülkü başdan-başa al-əlvan geyir.

Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön,9 həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazmışlar.
Hər il olduğu kimi bu il də, Hövsan qəsəbəsində yerləşən Böyük Vətən müharibəsinin azərbaycanlı şəhidlərinin şərəfinə ucaldılmış abidə önündə, alman faşizmi üzərində qələbənin 73-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə müharibə veteranları, Suraxanı rayonu İcra hakimiyyətinin Hövsan qəsəbəsi üzrə nümayəndəsi Ağasəlim Əliyev və digər qonaqlar iştirak etdi. Tədbiri, giriş sözü ilə məktəbin direktoru Nizaməddin Ağcayev açdı. Daha sonra şagirdlərimizin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirildi və abidə önünə çiçəklər düzüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi