«Fətəli xanın xanlığın ərazisini genişləndirmək planının baş tutmaması» mövzusunda açıq dərs

Bu gün 118№-li tam orta məktəbdə məktəbin tarix müəllimi Şəfiqə Həsənovanın 9c sinfində «Fətəli xanın xanlıgın ərazisini genişləndirmək planının baş tutmaması» mövzusunda açıq dərsi keçirildi. İnteraktiv təlimin üsul, metod və vasitələrindən istifadə edərək Şəfiqə müəllimə, şagirdlərin təsəvvüründə bu görkəmli şəxsiyyətin, əsl Azərbaycan xanının geniş məzmunlu obrazını yaratdı. Otuz illik silahlı mübarizəsindən sonra Azərbaycanın əsas xanlıqlarını birləşdirməyə nail olmuş, 1785-ci ildə Şəki xanlığını, 1767-ci ildə Şirvan xanlığını və bir az sonra Bakı xanlığını özünə tabe etmiş, Azərbaycanın azadlığı, müstəqilliyi və birliyi uğrunda mübarizə aparmış XVIII əsrin görkəmli ictimai xadimi və sərkərdəsi Quba xanlığının xanı Fətəli xan Qubalı haqqında video nümayişlə geniş məlumat verildi. Tədqiqat işlərinin təqdimatı zamanı şagirdlər elektron lövhənin bütün imkanlarından səmərəli istifadə etdilər. Məlumat mübadiləsi maraqlı diskussiyalarla yadda qaldı. Yaradıcı tətbiqetmə olaraq, o dövrü əks etdirən səhnə tərtibatında şagirdlərin ifasında «Tuti Bikənin Dərbəndin müdafiəsi» səhnəsi canlandırıldı. Açıq dərs, Fətəli xanın Vahid Azərbaycan uğrunda mübarizə aparacağına dair içdiyi andın təntənəli sədaları altında bütün şagirdlərin andiçməsi ilə başa çatdı. Dərsdə 1947-ci ildə çəkilmiş «Fətəli xan» filminin epizodlarından istifadə edildi. Məktəbin direktoru N.F.Ağcayev, direktor müavini S.İ.Tağıyev, məktəb valideyn icmasının sədri hacı Allahverən Məmmədzadə və dərsdə iştirak etmiş digər müəllimlər müzakirədə, Şəfiqə müəllimənin açıq dərsi haqqında yüksək fikirdə olduqlarını bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi