Maariflən, qurbana çevrilmə

Bu gün məktəbimizdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstək Şurasının maliyyə dəstəyi ilə, 2018- ci ildə qrant Müsabiqəsinin qalibi olmuş "Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası" İctimai Birliyinin "Maariflən, qurbana çevrilmə" adli layihəsinin təlimi keçirildi. Tədbirdə "Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası" İctimai Birliyinin sədri, Taekvondo üzrə 3 qat dünya və 2 qat Avropa çempionu, Azərbaycan Respublikası idman ustası və ictimai-siyasi xadim, Paratekvando üzrə Azərbaycan Milli Yığmasının üzvü, Parataekvando üzrə öz çəkisində Dünya reytinqi üzrə 1-ci yer sahibi Aynur Məmmədova, Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə, təlimçi-psixoloq Rövşən Nəcəfov , məktəbin direktoru Nizaməddin Ağcayev, təlim-tərbiyə işləri üzrə direktor müavini Elşən Muqumov, tədbirin təşkilatçısı, məktəb Həmkarlar İttifaqının sədri, Azərbaycan dili və ədəbiyyatatı müəllimi Aynur Qafarlı, məktəbin digər müəllimləri və şagirdlər iştirak edirdi.
Nizaməddin müəllim qonaqları təqdim etdikdən sonra Kəmalə xanım Ağazadə şagirdlərimizlə olduqca səmimi dialoqa girdi və şagirdləri düşündürən maraqlı məlumatlar verdi. Təlimçi-psixoloq Rövşən Nəcəfov çıxış edərək, daxili inamın və gücün sayəsində bütün məqsədlərə çatmağın mümkün olduğunu bildirdi. Paralimpiyaçı Aynur Məmmədova qazandığı nailiyyətlərin tarixçəsi, üzləşdiyi şətinliklərə baxmayaraq qarşısına qoyduğu məqsədlərə nail olduğu haqqında qurur hissi ilə danışdı. Daha sonra motivasiya videoçarxı nümayiş etdirildi.
Tədbirdən sonra İctimai Birliyin təşkil etdiyi çay süfrəsində şagirdlər və qonaqlar xatirə şəkilləri çəkdirdilər. Şagirdlərimiz Kəmalə xanım, Aynur xanım və Rövşən Nəcəfovu çox sevdilər və görüşdən xoş təəssuratlarla ayrıldılar.