Fatiməni dəstəkləyirik

Paytaxt məktəbləri arasında “Ən yaxşı şeir ifaçısı” bədii qiraət müsabiqəsinin final mərhələsi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təşkil olunan müsabiqə 2 gün davam edib. Nərimanov, Xətai, Suraxanı, Xəzər, Sabunçu, Binəqədi, Nəsimi, Nizami, Pirallahı, Səbail və Qaradağ rayonları üzrə final mərhələsində 72 məktəbli iştirak edib.

Müsabiqənin final mərhələsində hər yaş qrupu üzrə ilk üç yeri tutmuş şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Məktəbimizi 5a sinif şagirdi Fatimə Məmmədli təmsil etmişdir. Balaca Fatiməyə uğurlar!!!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi