Gənc bioloqların yaradıcılıq müsabiqəsi davam edir

        Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin IX, X, XI sinif şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc bioloqların yaradıcılıq müsabiqəsi keçirilir.
Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin biologiya elminə olan marağını artırımaq, onların bu sahədə nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, istedadlı şagirdləri aşkara çıxarmaqdan ibarətdir.
        Bu gün müsabiqənin II mərhələsi-rayon mərhələsi keçirilmişdir. II mərhələdə hər rayon üzrə I yeri qazanmış qalib komanda növbəti mərhələdə iştirak etmək üçün vəsiqə alacaq. Gənc bioloqların yaradıcılıq müsabiqəsinin III mərhələsi isə 2-7 may tarixlərində baş tutacaq.Müsabiqənin III mərhələsində hər rayondan 1 komanda olmaqla, ümumilikdə 12 komanda iştirak edəcək və ilk 3 yeri tutmuş komandalar qalib hesab olunacaq.
        Müsabiqənin şərtlərinə görə, I və II mərhələdə iştirakçılar 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq, biologiya fənni üzrə 30 sualdan ibarət test tağşırığını, 2 məsələni, final mərhələsində isə həmin vaxt ərzində test və məsələ ilə yanaşı, 1 təcrübə işini də yerinə yetirməlidirlər.
Hər test tağşırığının düzgün cavablandırılması 1 balla, məsələ və təcrübə işinin düzgün həlli isə 5 balla qiymətləndiriləcək. Ən çox bal toplayan komanda qalib sayılacaq.
Qaliblər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.
        Müsabiqənin II mərhələsində məktəbimizi Aydan, Aytən və Ramilin "BİOALƏM" komandası təmsil edirdi. Şagirdlərimizə uğurlar diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi