Valideyn-məktəb həmrəyliyi

«Əl tutmaq Əlidən qalıb» deyirlər. Azərbaycan xalqı tarixi boyu xeyriyyəçilik ənənələri ilə tanınmışdır. «Cəmiyyəti xeyriyyə» üçün şəhərin mərkəzində əzəmətli «İsmailiyyə» binasını ucaltmış, Realnı məktəbinin inşasını öhdəsinə alıb yarımçıq qalmış üçüncü mərtəbəsinin xərcini ödəmiş və həmin məktəbin hamiliyini boynuna almış, ildə hazırlıq sinfinə iyirmi beş müsəlman uşağını əlavə qəbul etdirməyə nail olmuş, şəhər kənarında (indiki Semaşko) xəstəxananı tikdirmiş və Bakı su kəməri üçün xeyli pul vermiş olan Ağa Musa Nağıyev, 1905-ci ildə təşkil olunmuş Müsəlman Xeyriyyə cəmiyyətinin ilk müəssislərindən biri olmuş, 1917-ci ilin aprel-may aylarında Bakıya Turkiyədən, Rum elindən çoxlu qaçqınlar yerləşdirmək, yedirmək, isti pal-paltarla təmin etmək sahəsində cəmiyyət xeyli iş görmüş, 1878-ci ildə Bakıdan Batuma neft kəməri çəkilməsi üçün təşkil olunmuş şirkətə sədrlik etmiş Ağabala Quliyev, 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirmiş, öz mesenatlığı və maarifpərvərliyi ilə tanınmış Hacı Zeynalabidin Tağıyev, Azərbaycanın neft maqnatlarından olmuş Şəmsi Əsədullayev və b. misal göstərmək olar. İndi də bu ənənə böyük coşqu ilə davam etdirilir. İnkişafda olan demokratik cəmiyyətin maariflənməsi məktəbdən başlayır. Qayğıya ehtiyacı olan körpələrin insanların sevgisinə və diqqətinə çox ehtiyacı vardır. Bütün bunları nəzərə alaraq qədim adət və ənənələri bu günlərə qədər daşıyan, 600-dən artıq yaşı olan Hövsan kənd icması ata-babalarının onlar üçün qoyduğu qiymətli mirası layiqincə qoruyub saxlayaraq gələcək nəslə ötürür. Bu gün Həmrəylik günü münasibətilə Hövsan valideyn icması və məktəbin birgə təşəbbüsü ilə valideyn himayəsindən məhrum, imkansız ailələrdən olan uşaqlar üçün xeyriyyə tədbiri keçirildi. Tədbirdə Məktəb valideyn icmasının sədri Hacı Allahverdi Məmmədzadə, Hövsan gənclər birliyinin sədri Anar Əsədullayev,kənd sakini Hacı Şaiq və s. iştirak edirdi.Onlardan hər biri çıxış edərək, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə öz səmimi arzu və istəklərini bildirdilər.Yeni ilin əsas rəmzi sayılan Şaxta babanın məclisə gəlişi və uşaqlara hədiyyə gətirməsi tədbirin gedişinə xüsusi zövq qatdı.Məktəbin direktoru Nizaməddin Ağcayev göstərdikləri kömək və dəstəyə görə kənd icmasına xüsusi təşəkkürünü bildirdi.Tədbir uşaqların şən rəqsləri ilə başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi