118 №-li məktəbdə «31 dekabr-Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü» münasibətilə tədbir keçirildi

«Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam» deyən və millilik prinsipini ömrünün və fəaliyyətinin əsas meyarı kimi götürən ulu öndər, xalqımızın ümumilli lideri Heydər Əliyev, milyonlarla azərbaycanlını təqvimin bir gününə əbədi olaraq həkk etdi. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən, Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər. 31 dekabr Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Bu gün E.Cəfərov adına 118-li tam orta məktəbdə «31 dekabr-Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü»-nə həsr olunmuş bayram tədbiri keçirildi. Tədbir kollektivin ifasında Dövlət Himninin səslənməsi ilə açıldı. Həmrəyliki gününün yaranmasında ümumilli lider H.Əliyevin müstəsna və danılmaz rolu haqqında məlumat verildi. Yeni, 2016-cı ilin gəlişi münasibətilə şagirdlərin rəngarəng çıxışları: şeirləri, rəqsləri, səhnəcikləri hər kəsin zövqünü oxşadı. Şaxta baba və Qar qız duzlu-məzəli söhbətləri, tapmacaları, hədiyyələri ilə balacaları sevindirdilər. Məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək şagird və müəllim kollektivini bu gözəl bayram münasibəti ilə təbrik etdi. Müəllimləri xüsusi fərqlənmə diplomları və fəxri fərmanları ilə təltif etdi. Tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi. Tədbirin 2-ci hissəsi müəllim kollektivinin və valideynlərin iştirakı ilə davam etdirildi. Məktəbin direktoru Nizaməddin müəllim bir daha müəllimləri təbrik etdi və Suaraxanı rayon İcra Hakimiyyətinin, Bakı şəhəri Baş Təhsil İdarəsinin, Təhsil Nazirliyinin və s. bayram təbrikərini kollektivə çatdırdı. Çay süfrəsi ətrafındakı səmimi bayram əhval-ruhiyyəsi hər kəsin simasında əks olunurdu. Müsiqi nömrələri, rəqslərlə keçən şənlikdə cavan və təcrübəli müəllimlər bir-birinə xoş arzular dilədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi