Quşların qayğısına qalırıq

Əsdi vədə yeli...yaz müjdəsilə
Qondun eyvanıma yenə, qaranquş!
Mən sənin eşqinlə gəlirkən dilə,
Uçmağın dərd oldu mənə, qaranquş!

 

Gəl yenə yuva qur doğma yerində,
Könlüm həsrətinlə dindi, qaranquş!
Ta uçma, çəkinmə məni görəndə,
Mən uşaq deyiləm indi, qaranquş!

 

Fidan müəllimin rəhbərlik etdiyi 5 yaşlılardan ibarət hazırlıq qrupu "Ətraf aləmlə tanışlıq"məşğələsində "Təbiət və insanlar"mövzusuna əsasən, ətraf mühitə, xüsusən, quşlara olan sevgilərini özlərinə məxsus göstərdilər.Məktəbin həyətyanı sahəsindəki ağacların budaqlarından valideynlərinin yardımı ilə düzəltdikləri quş evciklərini bərkitdilər. Uşaqlar üçün bu çox gözəl və maraqlı məşğuliyyət idi. İndi onlar artıq məktəbətəkcə təlim-tərbiyə almaq üçün deyil,həm dəöz quşlarına qayğı göstərmək üçün tələsəcəklər. Ağaclar əlvan quş evcikləri ilədaha gözəl görünürdü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi