Tarix muzeyinə ekskursiya

            Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamın icrasından irəli gələn məsələlərin həlli və AXC-nin 100 illiyinin qeyd olunması məqsədi ilə məktəb rəhbərinin hazırladığı Tədbirlər Planına əsasən məktəbimizdə fevral ayının sonlarından başlayaraq silsilə tədbirlər keçirilir.Bu tədbirlərə şagirdlərin tarixi yerlərə ekskursiyası da nəzərdə tutulmuşdur.Aprel ayının 18-də məktəbimizin tarix müəllimi Şəfiqə Həsənova V və VI sinif şagirdlərini Milli Azərbaycan Tarix Muzeyinə ekskursiya etdilər.Şagirdlər muzeydə tariximizin bütün dövrlərini əks etdirən maraqlı eksponatlarla tanış oldular.AXC dövrünü əks etdirən eksponatlar isə şagirdlərin daha çox marağına səbəb oldu.Müəllim AXC haqqında geniş və ətraflı məlumat verdi.Şagirdlər ekskursiyadan çox böyük zövq aldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi