"Gələcəyini qur"la gələcəyimizi qururuq!

            “Gələcəyini qur” gəncliyə dəstək layihəsi korporativ sosial məsuliyyət siyasəti çərçivəsində bir sıra şirkətlərin sponsorluğu, Təhsil Nazirliyi və BŞTİ-nin dəstəyi ilə həyata keçirilir.
            Layihəyə seçilmiş şagirdlər ölkənin aparıcı ali təhsil məktəblərinə qəbul olmaları üçün 1 il ərzində xüsusi hazırlıq kurslarında bilik və bacarıq səviyyələrini yüksəldəcəklər.
Həmçinin onların fərdi inkişafına xidmət edəcək müxtəlif təlimlərin, görüşlərin və digər tədbirlərin keçirilməsi ilə gənclərdə elmə rəğbət, yaradıcı təfəkkür, dünyagörüşü, özünütəqdimat, ünsiyyət bacarıqları və müvafiq dəyərlərin formalaşmasına dəstək verilir.
        "Gələcəyini qur" layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək və tövhə vermək və bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır.
        Layihə müddətində şagirdlərin hər tərəfli fərdi inkişafı və karyeralarını planlaşdırmaları üçün müxtəlif təlimlər, ölkəmizin aparıcı universitetlərində seminarlar və təqdimatlar, özəl şirkətlərə və beynəlxalq sərgilərə səfərlər, uğur qazanmış gənc nəslin nümayəndələri ilə görüşlər və bənzər tədbirlər nəzərdə tutulmuşdur.
        Layihənin əməkdaşı məktəbin 10-cu sinif şagirdləri ilə görüş keçirmiş və layihə haqqında daha geniş məlumat vermiş və şagirdlər tərəfindən qeydiyyat forumları doldurulmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi