General Səməd bəy Mehmandarovun yubileyi keçirildi.
Azərbaycan Respublikası Prezidentinin «General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında» Sərəncamına əsasən,118 №-li tam orta məktəbin müəllim və şagird kollektivi Səməd bəy Mehmandarovun yubileyi münasibətilə tədbir keçirdilər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.Tədbirdə rayon təhsil məktəblərinin direktorları, kənd ictimaiyyətinin nümayəndələri də yaxından iştirak etdilər.Tədbirin aparıcıları,eyni zamanda, müəllimlər general haqqında geniş məlumat verərək, rus-yapon müharibəsi,eyni zamanda, Birinci Dünya müharibəsi zamanı onun keçdiyi döyüş yolu haqqında geniş məlumat verdilər.Erməni təcavüzünə qarşı mübarizə tariximizdə də general Mehmandarovun müstəsna xidmətləri qeyd olundu, Qarabağın mühüm strateji əhəmiyyətli nöqtələrində - Xankəndidə, Şuşada, Tərtərdə, Ağdamda, Əsgəranda Azərbaycanın qoşun hissələrinin yerləşdirilməsi, onlara həvalə edilmiş postların möhkəmləndirilməsi, ümumiyyətlə, döyüşlərin idarə olunmasındakı xitmətləri barədə danışıldı.Azərbaycan Xalq Cümhurriyəti dövründə Hərbi Nazirliyin mövcud olduğu il yarım ərzində Azərbaycan Ordusunun real qüvvəyə çevrilməsində igid sərkərdənin hərbi və mənəvi keyfiyyətlərinin böyük rol oynadığı, onun ardıcıllığının, qətiyyətinin, eyni zamanda, insarsevərliyinin, qayğıkeşliyinin ətrafındakılar üçün nümunə, örnək olduğu göstərildi.Tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, Səməd bəy Mehmandarov Azərbaycan xalqının milli ənənələrini şəxsi mənafeyindən həmişə üstün tutmuş, onun adı siyasi xadimlər sırasında ardıcıllıq, prinsipiallıq və vətənpərvərlik, xalq arasında isə mübarizlik rəmzi olub.Qırx altı il imperiya ordusunda, tamamilə yad mühitdə milli qürurunu, milli varlığını qoruyub saxlayan tam artilleriya generalı Səməd bəy Mehmandarovun Bakının 11-ci bolşevik-daşnak ordusu tərəfindən işğalından sonrakı taleyi ilə bağlı çəkilmiş videokliplər nümayiş etdirildi. Şagirdlərin ifasında Səməd bəy Mehmandarovun qəhrəmanlıq dolu həyat yolundan bəhs edən şeir və mahnılar səsləndirildi. Məktəbin direktoru Nizaməddin Ağcayev də bu mühüm tədbir barədə öz fikirlərini söyləyərkən, cənab Prezidentin sərəncamını yüksək dəyərləndirərək,onu hərb tariximizə verilən ən böyük qiymət kimi vurğuladı.O, tədbirin təşkilatşılarına öz təşəkkürünü bildirərək onları Suraxanı Rayon Gənclər və İdman idarəsi adından fəxri fərmanla təbrik etdi.Sonda general Mehmandarovun «Biz həyatda olmasaq da müstəqil Azərbaycanımız olacaq. Yenə də Azərbaycanın başi üstündə üçrəngli, ay-ulduzlu bayrağımız dalğalanacaq. Xalqımız qədirbilən xalqdır. Hər halda gələcək nəsillər bizi də xatırlayacaqlar» sözləri himn kimi səsləndirildi