Qələbəyə gedən yol...

Haqq yolundan dönmədilər,
Ucaldılar, enmədilər,
Məşəl olub sönmədilər
Vətən, sənin şəhidlərin.

 

Torpağa çəpər oldular,
Gülləyə sipər oldular
Günəşli səhər oldular,
Vətən, sənin şəhidlərin.

 

Bir müqəddəs and içdilər,
Qanlı yollardan keçdilər,
Qəlbə, ürəyə köçdülər,
Vətən, sənin şəhidlərin.

     "Anadan olanda heç kim dünyaya qəhrəman kimi gəlmir. Qəhrəmanlar döyüşdə doğulur". Bu baxımdan 2016-cı ilin apel ayında Azərbaycanın növbəti qəh-rəmanları doğulduar. Düşmən hücumlarına layiqli cavab verən igidlərimiz torpaqlarımızın sahibsiz olmadığını bir daha sübut etdilər.

       Aprel döyüşləri Azərbaycanın Ermənistana verdiyi dərs idi. Sıradan gələn adi bir dərs yox, bütün dünyanın seyr edə biləcəyi açıq dərs.

Dərsin mövzusunun Ermənistan və Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən daha yaxşı mənimsənilməsi üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ermənilər üçün bu arzuolunmaz dərsə bir əlavə də etdi: "Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Ordu quruculuğunun ölkəmizin müstəqillik illərində belə sürətlə inkişafı, əlbəttə ki, hər bir Azərbaycan vətəndaşını sevindirir. Biz fəxr edirik ki, bizim güclü ordumuz var. Mən dəfələrlə demişəm ki, Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var...
       ...Biz ikinci Ermənistan dövlətinin Azərbaycan torpaqlarında yaranmasına imkan verməyəcəyik. Torpaqlarımız nəyin bahasına olursa olsun azad olunmalıdır".

     04.04.2018-ci il tarixdə ordumuzun "Aprel döyüşləri"ndə əldə etdiyi qələbənin ildönümünə həsr olunmuş hərbi parad və Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi. Azərbaycan Respublikasının Dövlət Bayrağı gətirildi. Dövlət Himni səsləndikdən sonra məktəbin direktoru çıxış edərək Azərbaycanın şanlı hərb salnaməsinə "Aprel döyüşləri" kimi həkk olunan 4 günlük Aprel müharibəsi haqqında geniş məlumat verdi. Məktəb şagirdləri sınıf-sinif əllərində Aprel şəhidlərinin rəsmləri, bayraqlar və şüarlarla təntənəli marşın sədaları altında hərbi keçid nümayiş etdirdilər. Sülh göyərçinləri və bayraq rənglərini əks etdirən şarlar səmaya buraxıldı. Təntənəli keçiddən sonra tədbir bədii hissə ilə davam etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi