11 aprel- Prezident Seçkiləri
2018-ci il aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinə ciddi hazırlıq işləri aparılır. Bununla əlaqədar Suraxanı rayon İcra Hakimiyyətinin Hövsan qəsəbəsi üzrə nümayəndəsi Ağasəlim Əliyevin müəllimlərlə görüşü keçirilmişdir. Görüşdə vətəndaşların bu böyük əhəmiyyətli siyasi prosesdə işitirakının təmin olunması ilə bağlı maarifləndirmə işlərinin aparılmasında müəllimlərin müsbət fəaliyyəti qiymətləndirilmiş və bu istiqamətdə məktəb valideynləri ilə işin təşkilinin geniş miqyasda davam etdirilməsinin vacibliyi qeyd edilmişdir.