Alternativ enerjinin istifadəsi

     Ekoloji maarifləndirmə və təbliğat işlərində auditoriyanın genişləndirilməsi, keçirilən tədbirlərin daha sistemli, effektiv və davamlı təşkili zərurəti nəzərə alınaraq, SOCAR-ın Ekologiya İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) arasında ekoloji maarifləndirmə sahəsində Əməkdaşlıq Sazişi imzalanmış və sazişə əsasən, “Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və sağlamlıq” istiqamətində müxtəlif layihələrin şirkətin Ekologiya İdarəsi ilə birlikdə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ekologiya İdarəsinin əməkdaşları həmçinin məktəbyanı sahələrin yaşıllaşdırılmasında, şagirdlərə seleksiya və calaqetmə vərdişlərinin aşılanmasında, canlı guşələrin və məktəb oranjereyalarının yaradılmasında köməklik göstərəcək.

     SOCAR-ın “Ekoloji təbliğat və maarifləndirməyə dair 2016-2017-ci illər üzrə Tədbirlər Planı”na uyğun olaraq Ekologiya İdarəsi gənclərin ekoloji təhsili və hazırlığının artırılması üçün müxtəlif olimpiadalar, intellektual müsabiqə və yarışmalar, ekskursiyalar, ekoloji maarifləndirməyə xidmət edən digər çoxsaylı tədbirlər keçirir.

     SOCAR-ın Ekologiya idarəsi Bakı şəhəri üzrə Təhsil idarəsi ilə arasında imzalanmış Əməkdaşlıq sazişinin əsasında SOCARın Ekologiya idarəsinin mühəndisi Pərvanə Babayeva tərəfindən məktəbimizdə "Alternativ enerjinin istifadəsi" mövzusunda təqdimat keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi