Yurdumuza yaz gəlir

Kədər, qüssə tükənib gəlir sona,

Xoş qədəmlə bu elə Novruz gəlir.

Şamları yandıraq arzular tutaq,

Dərdlə vidalaşıb dərdi unudaq,

Gülər üzlə Novruzu qarşılayaq,

Xoş qədəmlə bu elə Novruz gəlir.

       Yurdumuza yaz gəlir! Nəfəs gəlir, avaz gəlir! Nəğmələrlə, şeirlərlə, göz oxşayan çiçəklərlə, ümidlərlə, arzularla, daha min-min uğurlarla bahar gəlir! Novruz gəlir! Yazın ilıq nəfəsini özünə çəkərək canlanan torpaq, üzərindəkiləri canlandırır, həyat eşqi oyandırır. Daha neçə zəfərə, daha neçə qələbəyə inam gəlir. Bayram edir xalqımız "Novruz"u. Acısına, kədərinə baxmayaraq bayram edir! İnanaraq, güvənərək, rəhbərinə söykənərək, bayrağına bürünərək, bayram edir xalqımız "Novruz"u.

       BAYRAMIMIZ MÜBARƏK!!!!BAHARIMIZ MÜBARƏK!!!!ZƏFƏRİMİZ MÜBARƏK!!!!

       Məktəbin texnologiya müəllimi Misirxanova Nazimətin təşkilatçılığı ilə "Novruz şənliyi" keçirilfi. Şənlikdə Novruzun bütün atributları öz əksini tapdı. Şagirdlərin ifasında bir-birindən rəngarəng çıxışlar maraqla dinlənildi. Kosa, keçəl, bahar qızı, Dədə Qorqud obrazlarını məktəblilər məharətlə yaratdılar. Məktəbin direktoru Nizaməddin Ağcayev bütün kollektivi bayram münasibəti ilə təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi