Maarifləndirmə tədbirləri davam edir

Vərəm xəstəliyinin səbəbləri, yayılma tendensiyası, onun qarşısının alınması hər zaman diqqət mərkəzində olmuşdur. Dünyada hər il 3 milyona yaxın imsan məhz bu xəstəlikdən olür, bəzi ölkələrdə bu xəstəliyə qarşı mübarizənin təşkilində problemlər mövcuddur. Bu gün Azərbaycanda vərəmə qarşı mübarizə metodları yeni qaydada həyata keçirilir, dərman preparatları xəstələrə pulsuz paylanılır, Еlmi-Тədqiqat Аğciyər Хəstəlikləri İnstitutunun nəzdində Milli Vərəm Proqramı Mərkəzi bu xəstəliyə qarşı mübarizədə yeni imkanlar yaradıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş “2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının 2.2.5. bəndinə - əhalinin vərəmlə mübarizə sahəsində maarifləndirilməsi - əsasən Səhiyyə Nazirliyinin nəzdində olan yerli müalicə müəssisələrinin, poliklinikaların həkimləri ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər vəonların valideynləri ilə maarifləndirmə işlərini davam etdirirlər. Bu məqsədlə bu gün 24 №-li şəhər poliklinikasının həkimi Lətifova Mərziyyənin məktəbin valideynləri ilə görüşü keçirildi. Vərəm xəstəliyinin yaranması,profilaktikası, mübarizə yolları, peyvəndlər haqqında məlumat verdi və yaranan sualları cavablandırdı. Görüşdəməktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elşən Muqumov iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi