Alqoritm
2017-2018-ci tədris ilinin "Ümumi təhsildə keyfiyyət ili" elan edilməsi ilə əlaqədar respublikanın bütün ümumtəhsil məktəblərində bu istiqamətlə genişmiqyaslı işlər aparılır. Müasir, interaktiv təhsil İKT ilə bilavasitə bağlı olduğu üçün şagirdlərin hələ məktəb yaşlarından informatika fənninə olan marağı artırmaq, onlarda İKT iləişləmək bacarıq və vərdişlərini inkişaf etdirmək bu sahə üzrə mütəxəssis-pedaqoqların vəzifə borcuna çevrilmişdir.
Məktəbimizin informatika müəllimi Əliyeva Nigar bu prinsipi əsas tutaraq şagirdlərlə müntəzəm olaraq istər praktik, istərsə də nəzəri məşğələlərdə informasiyanın alınmasının, emalının və ötürülməsinin sirrlərini həvəslə tədris edir. Nigar müəllim növbəti açıq dərsini 5ç sinfində "Alqoritm" mövzusunda keçirdi. Yeni təlim modeli əsasında qurulan dərsdə, bütün mərhələlərə əməl olundu. Şagirdlər qrup işlərini böyük həvəslə yerinə yetirərək təqdim etdilər. Müəllim şagirdlərə alqoritm, onun xassələri, təsviri üsulları, tipləri və s. iləbağlı geniş məlumat verdi. Dərsin müzakirəsi zamanı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini E. Muqumov və digər fənn müəllimləri öz təəssüratlarını bölüşdülər. Məktəbin direktoru dərs haqqında öz fikir və iradlarını bildirərək, tövsiyələr verdi. Ümumilikdə dərs qənaətbəxş hesab olundu.