1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür

      1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür.

    1931-ci ilin mayında tibb xidmət generalı, fransız Corc Sent Pol Parisdə Cenevrə Regionu Assosiasiyasını yaradıb. Bu qurum sonradan Ümumdünya Mülki Müdafiə Təşkilatına (ÜMMT) çevrilib. Hazırda ÜMMT-yə 100-dən çox ölkə daxildir. Azərbaycan 1993-cü ildən ÜMMT-nin üzvüdür və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.

Azərbaycanda da mülki müdafiə ilə bağlı genişmiqyaslı işlər görülüb. Bu baxımdan Fövqəladə Hallar Nazirliyinin yaranması ölkəmizin həyatında çox əlamətdar hadisə oldu. Nazirlik ölkəmizdə mülki müdafiə sisteminin yaradılmasına böyük diqqət göstərir.
     Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün sahələrdə olduğu kimi, bu sahəyə də diqqət və qayğı göstərir. Prezident, Ali Baş Komandan İlham Əliyevin 2011-ci ildə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarına döyüş bayrağını təqdim etməsi buna bariz nümunədir.

     1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar bu gün məktəbin müəllimləri və şagirdləri iləmaarifləndirmə söhbətləri aparılmış, diskussiyalar keçirilmişdir. Məktəbin direktou Nizaməddin Ağcayev "Mülki Müdafiə ilə bağlı Fəaliyyət Planı"na əsasən hazırlanmış mövzular haqqında geniş məlumat vermişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi