Cari məsələlər
Müəllimlərin iştirakı ilə müşavirə keçirildi. Müşavirədə məktəbin direktoru tədris prosesinin ləngiməsinə səbəb olan bir sıra məsələlərə toxundu və təcili aradan qaldırılmasına dair, bundan əlavə buraxılış imtahanlarının I mərhələsi ilə əlaqədar müvafiq fənn müəllimlərinə tapşırıqlar verdi.Gündəliklərin,kitabların vəziyyətinin təcili surətdə yoxlanılması və nəticələrinin tez bir zamanda rəhbərliyə təqdim olunması haqqında Uşaq Birliyini təlimatlandırdı. Məktəbdə keçiriləcək tədbirlər haqqında qısa məlumat verdi. "1mart-Ümumdünya Mülki Müdafiyə günü" ilə bağlı aparılan tədbirlərin nəticələrini kollektivin diqqətinə çatdırdı. Müəllimlərin sualları cavablandırıldı.