Bir gün gəlir zəman özü də yad edir səni, yaz qoy, Müniri halına dair məqalə sən.
XIX əsr Azərbaycan klassik ədədbiyyatının nümayəndələrindən, “Məcməüs-şüəra” ədəbi məclisinin görkəmli şeir yazarı, Bakı və Abşeron ədəbi mühitində yazıb-yaratmış, şair Mirzə Ağadadaş Münirinin 155 illik yubileyinə həsr olunmuş möhtəşəm poeziya-muğam məclisi keçirildi. Məclisdə Mirzə Ağadadaş Münirinin ailə üzvləri, respublikamızın tanınmış elm və incəsənət xadimləri, Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil idarəsi,Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndələri, Hövsan kəndinin ziyalıları, məktəbimizin şagird və müəllim kollektivi iştirak edirdi.
Qonaqlar arasında BMT-nin Azərbaycanda Təhsil üzrə koordinatoru Fuad Məmmədov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin aparıcı məsləhətçisi Camal Bağırov, filologiya elmləri namizədi, Füsulişünas alim Vərağa Almasov, AMEA-nın Füzuli adına Əlyazmaları İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfzadə, Mirzə Ağadadaş Münirinin “Əsərləri” kitabının redaktoru Seyyid Məcid Əsri, Əlyazmalar İnstitutunun böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İrs komitəsinin üzvü Sona Xəyal, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Aqil Məlikov, AMEA-nın tarix İnstitutunun doktorantı Elnur Kazımov, Buzovna məscidinin axundu, Yazıçılar Birliyinin üzvü, şair Hacı Soltan Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri, şair Hacı Arif Buzovnalı, Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi Əkrəm Bağırov, Mirzə Ağadadaş Münirinin nəvəsi, həkim Sima Cəfərova,nəticələri və digər ailə üzvləri, Suraxanı rayon İcra Hakimiyyətinin İctimai-Humanitar məsələlər üzrə şöbə müdiri Bərxudar Bərxudarov, Hövsan məktəblərinin nümayəndləri vardı.
Üzeyir Hacıbəyovun “Koroğlu” üverturasının təntənəli sədaları ilə açıldı. “Şəbi-Hicran” fonunda Münirinin özü haqqında qəzəli, şairin obrazını canlandıran 10-cu sininf şagirdi Rüstəmli Rahib tərəfindən ifa olundu. Füzulişünas alim Vərağa Almasov Mirzə Ağadadş Münirinin yaradıcılığı haqqında geniş məlumat verdi. Məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək qonaqları təqdim etdi. Sonra bir-birinin arxasınca şairin rübailərindən, qəzəllərindən ibarət poeziya çələngi şagirdlərimiz tərəfindən səslləndirildi. Tədbirin təşkilatçısı, məktəbin ingilis dili müəllimi Rəhilə Hacıyevanın Münirinin qəzəllərinə bəstələdiyi və ilk dəfə səsləndirilən təsniflər hal-hazırda təhsil alan 10-cu sinif şagirdi Məmmədova Şəhanə, məzunumuz Məmmədhüseyn Əliyevin gözəl ifaları ilə təqdim olundu. Ədəbi-bədii məclis, Respublikanın Əməkdar artisti, muğam ustası Teyyub Aslanov, Əməkdar artist, kamança ifaçısı İsmayıl Həmidovun rəngarəng və zövqoxşayan nömrələri ilə hər kəsi muğam sehrinə qərq etdi. Qonaqlar çıxış edərək öz münasibətlərini bildirdilər.
Sonda Şairin nəvəsi Sima Cəfərova öz təşəkkürünü bildirdi. Xatirə şəkilləri çəkildi. Səmimi və canlı söhbətlər çay süfrəsi arxasında davam etdirildi.