Təhsil müəssisələrində reproduktiv sağlamlığın tədrisi

Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə layihəsi olan “Təhsil müəssisələrində reproduktiv sağlamlığın tədrisi” mövzusunda növbəti təlimlər keçirilib.Proqramın məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir. Reproduktiv sağlamlıq üzrə bilik və bacarıqlar məktəblilərə sanitar-gigiyenik qaydalara əməl etməyə, hər cür zərərli vərdişlərdən uzaq olmağa imkan verir. Fevralın 9-da məktəbdə “Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində seminar təşkil olundu. Seminarı "Reproduktiv sağlamlığın tədrisi" proqramı çərçivəsində hazırlanan müəllimlər tədris etdi. Seminar zamanı şagirdlərə geniş məlumatlar verildi, maarifləndirmə işləri aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi