Eylə təkrar, ey Müniri, ruzü şəb Həq kəlməsin

"Eylə təkrar, ey Müniri, ruzü şəb Həq kəlməsin,
Gər çəkilsən darə Mənsuri-ənəlhəqgu kimi"
XIX-XX əsrlər Bakı-Abşeron ədəbi mühitinin klassik şeirlərinin yaradıcılarından "Məcməüş-şüəra" ədəbi məclisinin üzvü, əslən Hövsanlı şair Mirzə Ağadadaş Münirinin (Cəfərov) 155 illik yubileyinə həsr olunmuş silisilə tədbirlər davam etdirilir. Bir neçə gün əvvəl Azərbaycan Respublikası Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Sona Xəyal və Əliabbas Müznibin hazırladığı Mirzə Ağadadaş Münirinin qəzəllərindən ibarət "Bahar ağlayışı" kitabının təqdimatı keçirilmiş və məktəbimizin bir qrup nümayəndəsi bu təqdimatda iştirak etmişdir. 07.02.2018-ci il tarixdə məktəbimizin müəllim -şagirdlərindən və Hövsan kənd sakinlərindən ibarət bir qrup şairin Bakının Buzovna kəndində məzarını ziyarət etmişdir. Şairin ruhuna dualar oxunmuş, şagirdlərin ifasında qəzəllər səsləndirilmiş və Mirzə Ağadadaş Münirinin həyat və yaradıcılığı haqqında məlumat verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi