Ənənələrimizə sadiqik...

Gəlin təbiəti biz də düşünək,
O özü hər şeyi düşünən kimi...

Təbiət vurğunu, xalq şairimiz Hüseyn Arifin təbiətin yaratdığı gözəlliyi təsvir edən və digər tərəfdən onu qorumağa çağıran bu misraları bəşəriyyət üçün bir çağırış olub, həm zövq oxşayan, həm də həyat mənbəyi sayılan nemətlərə laqeydlik göstərməməyə və xilas etməyə yönəlmişdir. Qlobal ekoloji problemlərin artdığı bir dövrdə özü və gələcəyi üçün oksigen mənbəyi olan yaşıllıqların artırılması məsələsi hər bir Yer sakininin üzərinə düşən vəzifədir. Xüsusilə də, gənc nəslin təlim-tərbiyə aldığı müəssisələrin ətraf sahələrinin yaşıllaşdırılması şagirdlərin sağlamlığı üçün zəruridir. Bunu nəzərə alaraq məktəbimizin həyətyanı sahəsində ağac əkmək ənənə halını almışdır. Ənənələrimizə sadiq qalaraq  bu gün yenə növbəti ağacəkmə aksiyası keçirildi. Məktəbin direktoru N.F.Ağcayev, təlim-tərbiyə işləri üzrə direktor müavini E.H.Muqumov, təsərrüffat müdiri Fikrət Nuriyev və məktəbin müəllim, şagird kollektivi böyük şövqlə bu işdə iştirak etdilər. Kollektivin məmnunluğu hələ körpə, yeni əkilmiş fidanlara da sirayət etmişdi və böyük səbirsizliklə  Zəllimxan Yaqubun,

Kök üstə budağı neçədir,bildim,

Budaqda yarpağı neçədir,bildim,

Salxımı,saçağı neçədir,bildim,

Bu yaşıl ağacın altı bizimdir.....

misralarına sadiq qalaraq, kölgələrində daldalanacaq şagirdlərimiz üçün kölgə yaratmağa tələsirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi