Növbəti Pedaqoji Şura iclası keçirildi
Məktəbin direktoru N.F. Ağcayevin sədrliyi ilə keçirilən növbəti Pedaqoji Şura iclasında 62 müəllim iştirak edirdi. Gündəlikdə duran, I yarımilin yekunları və qarşıda duran vəzifələr; siniflərdə aparılan monitorinqin nəticələri; sinif rəhbərlərinin vətənpərvərlik mövzusunda həyata keçirdiyi tədbirlər; cari məsələlər eşidilərək pedaqoji kollektivin müzakirəsinə verildi. Nizaməddin müəllim “Təhsildə keyfiyyət ili” çərçivəsində məktəbdə görülən işlər barəsində geniş məruzə etdi. Şagirdlərimizin 2016-2017-ci tədris ilinin nəticələri və 2017-2018-ci tədris ilinin I yarımilin müqayisəli analizini təqdim etdi. Aparılan yoxlamalar nəticəsində aşkarlanan nöqsanlar barəsində məlumat verdi. Yarımil ərzində keçirilən tədbirlərin, şagirdlərin asudə vaxtlarının səmərililiyi məqsədilə təşkil edilən ekskursiyaların təhsilin keyfiyyətinə müsbət tərəfdən təsir etdiyini vurğuladı. Şagird kontingentinin nəzərəçarpacaq dərəcədə artımının – tədris ilinin əvvəlində 1222, I yarımilinin sonunda 1232 nəfər- ümumi fəaliyyətin nəticəsi olduğunu qeyd etdi. Şagirdlərin dinamik artımının yeni tədris korpusunun tikilməsiniə zərurətin yaranmasının hər kəsin nəzərinə çatdırdı.Bilik yarışmasının II turunda şagirdlərinin iştirakının təşkili prosesinin başa çatdığını dedi. Valideynlərlə məktəb arasında əlaqələrin genişləndirilməsi, şagird və müəllimlərin məsuliyyətinin artırılması məqsədilə hər ayın bir günü məktəbdə valideynlər üçün “Açıq qapı” günü keçirilməsini təklif etdi.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini E.H.Muqumov I yarımilin yekunları barəsində, ibtidai siniflərdə aparılan imla yazı müsabiqəsinin nəticələri haqqında məlumat verdi. Müəllimlərdən Şəfiqə Həsənova, Sənubər Abbasova, Nazimət Misirxanova, Səbuhi Şirinov və digərləri çıxış edərək məsələlərə münasibət bildirdilər. Qərarlar ümumi kollektivin səsverməsi ilə qəbul edildi.