Bir gün, Müniri, Əhriməni surə döndərir...

30 yanvar 2018-ci il tarixdə   Azərbaycan  MEA-nın   Əlyazmalar İnstitutunda Sona Xəyalın M.A.Münirinin  “Bahar Ağlayışı” kitabının təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində kitabın müəllifi, ədəbiyyatşünas Sona Xəyal, redaktorlar Mircəlal  Zəki, Rauf Şeyxzamanlı, Əlyazmalar İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfzadə,institutun əməkdaşı Məcid Əsri,  tədqiqatçı Həsən Hüseynli, Buzovna kəndinin axundu Hacı Soltan, fəlsəfə elmləri doktoru Roza Eyvazova, tarix elmlrəri  doktoru Tahirə Həsənzadə, şairin qızı  Jalə Cəfərova, Füzulişünas alim Vərağa Almasov,  məktəbimizin ingilis dili müəllimi Rəhilə Hacıyeva və Hövsan kənd sakinləri iştirak edirdilər. Onlar XIX əsr klassik şeirinin keçdiyi yola nəzər salaraq, həmin dövrün klassik şeir ənənələrini yaşadan,onu davam etdirən Bakı-Abşeron ədəbi mühitinin çox görkəmli klassik şeir yazarı M.A.Münirinin yazdığı şeirlər,qəzəllər, müxəmməsləri haqqında danışdılar.Onlar,Sona Xəyalın min bir əziyyətlə ərsəyə gətirdiyi bu kitab vasitəsi ilə Müniri yaradıcılığı haqqında mükəmməl  bilgiyə sahib olduqlarını, onun şeir və qəzəllərini oxuduqlarını, oradakı dərin,fəlsəfi fikirlərin şahidi olduqlarını bildirdilər. Əzizağa Nəcəfzadə, Münirinin Fizuli irsinin davamçısı olduğunu, Fizulidən daha çox bəhrələndiyini,onun bir çox qəzəllərinə nəzirələr də  yazdığını qeyd etdi.Çixiş edənlərin hər biri Sona Xəyalı ürəkdən təbrik edərək,ona çoxlu yaradıcılıq uğurları arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi