Pinocchio

    Məktəbin ingilis dili müəllimi Miranə İsmayılovanın 5c sinfində "Pinocchio" mövzusunda açıq dərs keçirildi. Tanınmış italyan yazıçı və jurnalisti Karlo Kollodinin odundan hazırlanmış uzunburun və məzəli qəhrəmanının olduğu sehrli aləmə düşən şagirdlərimiz həm nağılın iştirakçısına çevrildilər, həm də Pinokkionu öz aləmlərinə qonaq apardılar. Müasir dərsin bütün mərhələlərinə riyaət olundu və qoyulmuş standartlar reallaşdırıldı. Maraqlı motivasiya şagirdlərə tədqiatın aparılmasında yardım etdi. Yeni sözlər, yeni anlayışlar öyrənən şagirdlər böyük həvəslə əldə etdikləri yeni məlumatlar haqqında fikir mübadiləsi aparırdılar. Açıq dərsin müzakirəsi zamanı müəllimlər öz fikir və iradlarının bildirdilər. Məktəbin direktoru N.F. Ağcayev öz məmnunluğunu ifadə etdi, təklif və tövsiyələrini verdi. Ümumilikdə açıq dərs qənaətbəxş olaraq qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi