Qərəfilin şərəfli yolu..
“O şənbə gecəsi, o qətl günü
Mümkünə döndərdik çox namümkünü....”
20 Yanvar Azərbaycan tarixinin qanlı səhifəsi olub, təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix olmuşdur. Baş verən hadisələr yalnız faciə kimi deyil, həm də sovet rejiminə qarşı dirəniş hərəkatı, tariximizin dönüş nöqtəsi, milli şüurun, müstəqillik düşüncəsinin formalaşmasındakı roludur. Qanlı Yanvardan artıq 28 il ötməsinə baxmayaraq, keçən illər ərzində Azərbaycan xalqının öz şəhidlərini unutmur, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır və onların əziz xatirəsini böyük ehtiramla yad edir. 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlərə “Qərəfilin şərəfli yolu...” ədəbi-bədii kompozisiyası yekun vurdu. Məktəbin rus dili müəllimi Xalidə Süleymanovanın hazırladığı yekun tədbirdə tariximizin şanlı səhifələrindən biri olan Qanlı Yanvar faciəsi haqqında əhatəli məlumat verildi və şagirdlərin ifası tədbir iştirakçılarının ruhunu oxşadı. Məktəbin direktoru N.F.Ağcayev bu qəhrəmanlıq salnaməsi haqqında danışdı, hadisələrə ilk dəfə olaraq Ümumilli lider Heydər Əliyev tərəfin-dən hüquqi-siyasi qiymətin verildiyini vurğuladı, möhtərəm Prezidetimiz cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsidə tezliklə ərazimizin bərpa olunacağını qeyd etdi.