Ağla qərənfil...

        Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi səkkiz il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.  Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil         Azərbaycan dövlətinin tartixinə qanlı 20 yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.

Hər il xalqımız 20 Yanvar hadisələrinin ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. 

        Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar  faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” na müvafiq silsilə anım tədbirləri davam etdirilir. Məktəbin texnologiya müəllimi Misirxanova Nazimətin təşkilatçılığı ilə “Ağla qərənfil... ” adlı  anım tədbiri və şəhid ailələri ilə görüş keçirilmişdir. Faciə qurbanlarının xatirəsi ehtiram sükutu ilə yad edilmiş, şagirdlərin ifasında ədəbi-bədii kompozisiya tədbir iştirakçılara təqdim olunmuş, videoxronika nümayiş etdirilmiş və ehsan süfrəsi verilmişdir. Məktəbin direktoru N.F.Ağcayev çıxış edərək, müstəqilliyə aparan şərəfli mübarizədə, qalib azadlıq fədailərinin xatirəsinin əbədi olaraq yaddaşlarımızda həkk olunmasının, bizə miras qoyduqları azad, demokratik dövlətin qorunmasının hamımız üçün vətəndaşlıq borcu olduğunu vurğulamışdır.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi