Ana dili "Qazanın ölməyi"
Təhsilin keyfiyyətinin yüksəldilməsi, gənc və müstəqil demokratik dövlət üçün keyfiyyətli, yüksək intellektual səviyyəli, kreativ fikirli, bacarıqlı, müstəqil, vətənpərvər şəxsiyyətin yetişdirilməsində məktəbin böyük rolu vardır. Oxu, yazı və riyazi bacarıqların öyrənilməsi, inkişafı ibtidai təhsildən başlayır. Məktəbdə ibtidai tədrisin yüksək səviyyədə qurulması, kiçik yaşlı şagirdlərlə münasibətdə professionallıq nümayiş etdirən pedaqoji kadrlarla müntəzəm olaraq şagirdyönümlü fəaliyyətin aparılması məktəb rəhbərliyinin üzərinə düşən əsas vəzifələrdəndir. Aparılan açıq dərslər, dərsdinləmələr, dəyirmi masalar və s. müəllimlərin pedaqoji təcrübəsinin artmasına yaxşı təsir göstərir. Növbəti dərsdinləmə məktəbin ibtidai sinif müəllimi Mabudova Aygünün sinif rəhbəri olduğu 3d sinfində oldu. Ana dili dərsində “Qazanın ölməyi”mövzusunda dərs dinlənildi. Dərsdinləmədə məktəbi direktoru, təlim tərbiyə işləri üzrə direktor müavini və ibtidai sinif müəllimləri iştirak etdilər. Dərs prosesində müəllim dərsin bütün imkanlarından istifadə edərək şagirdlərə mövzunu mənimsətməyə çalışdı. Dərs orta səviyyədə qiymətləndirildi.