Azadlığı istəmirəm zərrə-zərrə...
20 уanvar 1990-cı ildə törədilən qanlı hadisələr xalqımızın iradəsini qıra bilməmiş və azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpası ilə nəticələnmişdir. Prezident Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan Respublikasının Milli Məclisi xüsusi sessiya keçirmiş və bu qanlı hadisəyə siyasi-hüquqi qiymət verilmişdir. 20 Yanvar tarixi respublikamızda hər il Ümumxalq Hüzn günü kimi qeyd olunur və şəhidlər ehtiramla yad edilir.
Hər il olduğu kimi, bu il də həmin qanlı hadisələrin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilmiş və icra olunur.
Bununla əlaqədar, məktəbin texnologiya müəllimi Misirxanova Nazimətin rəhbərliyi ilə 7-ci siniflər, tarix müəllimi Şəfiqə Həsənovanın rəhbərliyi ilə 6 və 10-cu siniflərindən ibarət bir qrup “Şəhidlər Xiyabanı”nı ziyarət etmişlər. Hadisələr haqqında şagirdlərə geniş məlumat verilmiş, şəhidlərin məzarına çiçəklər qoyaraq dərin ehtiramla yad edilmişdir.