Həndəsi fiqurlar
Təhsilin keyfiyyətinin yüksəldilməsi, gənc və müstəqil demokratik dövlət üçün keyfiyyətli, yüksək intellektual səviyyəli, kreativ fikirli, bacarıqlı, müstəqil, vətənpərvər şəxsiyyətin yetişdirilməsində məktəbin böyük rolu vardır. Oxu, yazı və riyazi bacarıqların öyrənilməsi, inkişafı ibtidai təhsildən başlayır. Məktəbdə ibtidai tədrisin yüksək səviyyədə qurulması, kiçik yaşlı şagirdlərlə münasibətdə professionallıq nümayiş etdirən pedaqoji kadrlarla müntəzəm olaraq şagirdyönümlü fəaliyyətin aparılması məktəb rəhbərliyinin üzərinə düşən əsas vəzifələrdəndir. Aparılan açıq dərslər, dərsdinləmələr, dəyirmi masalar və s. müəllimlərin pedaqoji təcrübəsinin artmasına yaxşı təsir göstərir. Növbəti dinləmə məktəbin ibtidai sinif müəllimi Allahverdiyeva Aytəkinin riyaziyyat fənnindən “Həndəsi fiqurlar” mövzusunda 1e sinfində apardığı məşğələdə keçirildi. Dərsdinləmədə məktəbin direktori N.F.Ağcayev, təlim-tərbiyə işləri üzrə direktor müavini E.H.Muqumov, ibtidai sinif müəllimləri F.Səmədova, A.Nəbiyeva, Ü.Nəzərli, biologiya müəllimi M.Qarayeva iştirak etdi. Aytəkin müəllim kiçik şagirdlərin ilə mehriban və səmimi münasibət quraraq onlara fiqurlar haqqında bütün sirləri açmağa çalışdı. Şagirdlər yüksək fəallıq nümayiş etdirirdilər. Qruplarla iş qrup tapşırıqlarının həlli ilə davam etdirildi. İşlərin təqdimatı zamanı geniş müzakirələr aparıldı və şagirdlər qiymətləndirildi. Dərsdinləmənin müzakirəsi zamanı müəllimlər öz fikir və iradlarını ifadə etdilər. Məktəbin direktoru N. F.Ağcayev öz irad və tövsiyyələrini bildirdi və müəllimə tez bir zamanda nöqsanlarının aradan qaldırılması üçün tapşırıqlar verdi.