Ümummilli lider Heydər Əliyevin anım günü keçirildi.
Əbədiyaşar Prezident, ümummilli lider, fenomen şəxsiyyət , əvəzedilməz diplomat, həyatını Azərbaycanın çiçəklənməsinə sərf edən millət atası Heydər Əliyevin saysız xidmətləri xalqımızın yaddaşına həkk olunmuşdur. Hər sahəyə olduğu kimi, təhsilin inkişafına xüsusi diqqət ayıran Heydər Əliyev müəllim peşəsini bütün peşələrdən daha yüksəkdə tutaraq,daim gənc nəslin tərəqqisi üçün çalışmışdır. Respublikanın incəsənət, iqtisadiyyat, təhsil, hərb və s. sahələrində öz mükəmməl savadına, dərin təcrübəsinə əsaslanaraq köklü islahatlar aparmış, insanların rifahının yaxşılaşdırılması üçün hesabagəlməz başlanğıclara imza atmışdır. Uzaqgörən siyasəti ilə Azərbaycanın nüfuzunu beynəlxalq aləmdə yüksəklərə qaldırmışdır. Azərbaycan ordusunu respublika tarixində ilk dəfə olaraq vahid komandanlıq altında birləşdirmişdir. Bünövrəsi Heydər Əliyev tərəfindən möhkəmləndirilən yeni, müstəqil Azərbaycan Respublikasıın sükanı hal-hazırda əmin əllərdədir və Heydər Əliyev prinsiplərinə söykənərək millətə layiqli xidmət göstərir. Bu görkəmli şəxsiyyətin vəfatından 12 il keçməsinə baxmayaraq, qayğıkeş nəzərləri daim hiss olunmaqdadır.118 №-li tam orta məktəbdə Heydər Əliyevə həsr olunmuş anım tədbiri keçirildi. Tədbir Dövlət Himninin səslənməsi ilə açıldı. Heydər Əliyevin təhsil sahəsində misilsiz xidmətləri haqqında məktəbin tarix müəllimi Şəfiqə Həsənova, Azərbaycan dilinə verdiyi önəm və bu istiqamətdə gördüyü işlər barəsində məktəbin ədəbiyyat müəllimi Aynur Məmmədova, beynəlxalq görüşləri və Azərbaycan Respublikasının iqtisadi həyatının dirçəlişi haqqında məktəbin tarix müəllimi Gülər Osmanova çıxış etdi. Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videolar izlənildi. Heydər Əliyevə həsr olunmuş Azərbaycan şairlərinin şeirləri şagirdlərin ifasında səsləndi. Sonda məktəbin direktoru Nizaməddin Ağcayev H.Əliyevin dövlət quruculuğundakı xidmətləri haqqında fikirlərini söylədi və tədbir təşkilatçılarına öz təşəkkürünü bildirdi.